“Barselona” baş məşqçi ilə yeni danışıqlara  başladı
11 aprel 2025 19:33 (UTC +04:00)

“Barselona” baş məşqçi ilə yeni danışıqlara başladı

60 yaşlı Hans-Diter Flik "Barselona" ilə əməkdaşlığını davam etdirməyi düşünür. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, tərəflər artıq danışıqlara başlayıb.

Kataloniyalıların prezidenti Joan Laporta idman direktoru Deko ilə birlikdə baş məşqçinin agenti Pini Zahavi ilə görüşüb. Hər iki tərəf müqaviləni böyük ehtimalla 2027-ci ilin yayına qədər uzatmaqda maraqlıdır.

Daha bir mövsüm uzatmaq variantının daxil edilməsi ehtimalı nəzərdən keçirilir. Lakin "Barselona" rəhbərliyi Flik ilə müqaviləni uzatmazdan əvvəl heyəti gücləndirməyə üstünlük verəcəyi üçün müqavilənin qeydiyyatı ləngiyə bilər.

Qeyd edək ki, alman ötən ilin mayından Kataloniya komandasını çalışdırır. Çempionlar Liqasının ilk 1/4 finalında "Borussiya Dortmund"u 4:0 hesabı ilə məğlub edən "Barselona" hazırda La Liqada lider mövqeyini saxlayır və Kral Kubokunun finalına yüksəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910

Oxşar yazılar