Azərbaycan çempionatında  İLK   - FOTO
23 may 2022 23:59 (UTC +04:00)

Azərbaycan çempionatında İLK - FOTO

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. 

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal topladı və karyerasında ilk dəfə qadınlar arasında Azərbaycan çempionu oldu. 

Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələdi. Nəticədə Ləman Hacıyeva 4,5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısı oldu. O, gümüş medala sahib çıxdı. Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub etdi. Yekun sıralamada 4 xalla Ülviyyə Fətəliyeva yarışı üçüncü pillədə başa vurdu.  

Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü oldu. 

Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4000 manat pul mükafatı əldə edib.

# 1416
avatar

Oxşar yazılar