Azarkeşlər ONU  imperator etdi - FOTO
27 may 2022 19:17 (UTC +04:00)

Azarkeşlər ONU imperator etdi - FOTO

“Roma Klubu”nun azarkeşləri Konfrans Liqasının qalibi olduqdan sonra baş məşqçi Joze Mourinya sürpriz ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mourinyonun rəsmini imperator cildində şəhər mərkəzindəki divara çəkiblər.

Rəsmdə portuqaliyalının sağ əlində Konfrans Liqası kuboku əks olunub.

Qeyd edək ki, “Roma” finalda “Feyenoord”u 1:0 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə Konfrans Liqasının qalibi olub. 

Xatırladaq ki, İtaliya klubu üçün bu kubok klubun 1961-ci ildən bəri qazandığı ilk beynəlxalq tituldur. 

# 1809
avatar

Oxşar yazılar