Avropa Liqası: "Qarabağ" səfərdə "Molde" ilə heç-heçə etdi
01 dekabr 2023 02:04 (UTC +04:00)

Avropa Liqası: "Qarabağ" səfərdə "Molde" ilə heç-heçə etdi

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyuna çıxıb.

Lent.az xəbər verir ki, Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə "Molde"nin qonağı olub. "Aker" stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Hesabı 11-ci dəqiqədə Ağdam klubunun heyətində Juninyo açıb. Rəqib müdafiəçidən yayınan braziliyalı hücumçu qapıçı ilə dueldən qalib ayrılıb. İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan norveçlilər iki top vuraraq hesabı öz xeyirlərinə dəyişiblər. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə qoyub.

Bu nəticədən sonra "Qarabağ" xallarını 7-yə çatdıraraq ikinci pillədəki mövqeyini qoruyub. "Köhlən atlar" ən pis halda Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Altı xalı olan "Molde" isə üçüncü sırada qalıb.

Qrupun digər matçında isə Almaniya "Bayer"i İsveçdə "Hekken"i 2:0 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Oxşar yazılar