"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays "Real"la oyunda qol vurub. O, cərimə zərbələrindən inanılmaz dubl edib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyd edilir ki, bu nəticə Raysa bir sıra şəxsi və digər nailiyyətlər əldə etməyə imkan verib.
Deklan ilk qolunu birbaşa cərimə zərbəsindən vurub, həm də böyüklər futbolunda ilk qolunu vurub (o, Malta ilə oyunda İrlandiya Respublikasının gənclər komandasına iki qol vurub - red.)
Futbolçu həm də Çempionlar Liqasının pley-off mərhələsində bir oyunda cərimə zərbəsindən iki qol vuran ilk futbolçu olub.