"Arsenal" bir müddətdir adları Türkiyə klubları ilə hallanan Mohamed Elneni və Sedrik Suareş də daxil olmaqla 22 futbolçu ilə yollarını ayırdıqlarını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə Premyer Liqasında mövsümü “Mançester Siti”dən sonra 2-ci pillədə başa vuran “Arsenal” yeni mövsüm üçün heyət planlamasına başlayıb.
Bu çərçivədə İngiltərə komandası 22 futbolçusu ilə yollarını ayırıb.
"Arsenal"ın vidalaşdığı futbolçular bunlardır:
Mohamed Elneni, Sedrik Suareş, Mauro Bandeyra, Omari Bencamin, Luis Braun, Katalin Siryan, Noa Kuper, Sabrina D’Ancelino, Henri Devis, Ovi Eceheri, Teylor Foran, Hubert Qraçik, Ceyms Hillson, Henri Ceffkott, Tayris Con-Culs, Aleks Kirk, Ceyms Lannin- Svit, Kaylan Markeze, Vivian Midema, Artur Okonkvo, Kamarni Rayan, Kido Teylor-Hart.