"Barselona"nın və İspaniya millisinin hücumçusu Lamin Yamal osminoq almaq istədiyini bildirib.
“Mən bir osminoqa sahib olmaq istəyirəm! Hətta akvarium haqqında fikirləşdim, amma anam bunun mümkün olmadığını deyir. 13 yaşım olanda o deyirdi ki, 18 yaşımda bunu edə bilərdim, indi isə deyir ki, 21 yaşım olanda bu baş verəcək”, - Lent.az xarici KİV-ə istinadən bildirir ki, Yamal vurğulayıb.
Yamal daha əvvəl atasının onu uşaqlıqda itlərlə futbol oynamağa məcbur etdiyini bildirib.
Xatırladaq ki, Lamin Yamal İspaniya millisinin tərkibində Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc futbolçusu kimi tanınıb. O, bir neçə Avropa çempionatı rekordları qıraraq, turnir tarixində ən gənc oyunçu (16 yaş 338 gün) və ən gənc qol vuran (16 yaş 362 gün) olub.
Bu mövsüm Yamal "Barselona"nın heyətində 5 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
İspaniya çempionatının turnir cədvəlinə 15 xalla "Barselona" başçılıq edir.