İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş baş məşqçisi Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunun adını çəkib.
"Pele bütün zamanların ən yaxşı futbolçusudur", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əfsanəvi keçmiş baş məşqçi söyləyib.
Pele tarixdə üçqat dünya çempionu olan yeganə futbolçudur (1958, 1962, 1970). "Futbol kralı" 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib.