“Lids”in yarımmüdafiəçisi Rafinya yayda Premyer Liqanın top-klublarından birinə keçə bilər.
Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, 26 yaşlı vingerin durumu “Lids”in tutacağı mövqedən asılı olacaq.
Əgər komanda mövsümün sonunda Çempionşipə düşsə, Braziliya millisinin üzvünün sərbəst qalma məbləği 75 milyon funt sterlinqdən 25 milyona enəcək.
Hazırda onunla “Liverpul” və “Çelsi” yaxından maraqlanır. Həmçinin “Barselona” da oyunçunun durumunu izləyir.
Qeyd edək ki, Premyer Liqada 30 turdan sonra aktivində 29 xal olan “Lids” 16-cı pillədə qərarlaşır.