Türkiyə Azərbaycanın yolunu kəsdi
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Polşada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə şanslarından məhrum olub.
Lent.az-ın məlumatına görə, yığmamız qrup mərhələsini keçməyi bacarsa da, “pley-off” mərhələsindəki ikinci görüşünü də məğlubiyyətlə başa vurub.
F qrupunda yer alan baş məşqçi Faiq Qarayevin komandası Türkiyə ilə qarşılaşmadan 1:3 hesablı məğlubiyyətlə ayrılıb. İlk 2 setdə 23:25 və 19:25 hesabı ilə uduzan millimiz növbəti setdə 25:17 hesablı qələbə qazansa da, 4-cü setdə 17:25 hesabı ilə uduzub. Beləliklə, komandamız “pley-off”da İtaliyaya 0:3 hesablı məğlubiyyətin ardından, Türkiyə ilə də bacarmayıb.
Yığmamız sonuncu görüşünü bu gün Bakı vaxtı ilə saat 20:30-da Almaniya ilə keçirəcək. Bu matç komandamız üçün turnir baxımından ciddi önəmə malik deyil. Amma yığmamız qələbə qazansa və digər görüşdə Türkiyə Çexiyanı yensə, qardaş ölkə milliləri qrup ikincisi kimi yarımfinala yüksələ bilər. Hələlik F qrupundan İtaliya, E qrupundan isə Hollandiya növbəti mərhələyə vəsiqəni təmin edib.

Oxşar yazılar

Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40