
“AZAL”ın əməkdaşları dünya çempionu oldu
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Kombat Döyüş sənətləri Assosiasiyası özünümüdafiə üzrə dünya çempionatı keçirib. Çempionatın nümunəvi çıxışlar kateqoriyasında 2 nəfərdən ibarət komanda olan yarışında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşları Vidadi Hacıyev və İlqar Nəcəfli birinci yerə layiq görülüb. Bu barədə Lent.az-a “AZAL”ın Xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Çempionatda 14 ölkənin idmançıları iştirak edib. Yarışın sonunda Vidadi Hacıyev və İlqar Nəcəfliyə Beynəlxalq dərəcəli sertifikatlar verilib. Onlar həm də xüsusi nömrələnmiş qızıl medallarla mükafatlandırılıb.
Pərvin ABBASOV
Pərvin ABBASOV
Oxşar yazılar

Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40