Dəstək var, maraq da artmalıdır
Azərbaycanda ekstremal idman növlərinin inkişaf etdirilməsi üçün ciddi hazırlıq işləri aparılacaq
Azərbaycanın 7 nəfərlik ekspedisiya qrupu Afrika qitəsindəki Kilimancaro dağına yürüşdə 150 kilometrdən artıq yolu piyada qət edib. Hazırda 16-20 dərəcə şaxtanın olduğu bu zirvəyə qalxmaq heç də asan başa gəlməyib.
Lent.az-ın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu avqustun 11-də Kilimancaro dağına başladığı yürüşün nəticələri barədə keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, yürüş zamanı ekspedisiya qrupunun ən çox çətinliyi sərt təbiət, oksigen çatışmazlığı və sanitar vəziyyətlə bağlı olub: “Mənim özüm yüksəklikdə özümü çox pis hiss edirdim. Belə hallarda bir qədər istirahət etmək məcburiyyətində qalırdıq. Bununla belə, yürüşdə arxamızca gələn ingilislər, almanlar bizim qrupun dözümünə təəccüb edirdilər. Onlar hətta Azərbaycan haqqında heç nə bilmirdilər və düşünürdülər ki, Azərbaycanda ekstremal idman növü ilə maraqlanan yoxdur. Amma biz bu yürüşlə belə stereotipləri sındıra bildik”.
Hüseyn Bağırov bildirib ki, ekstremal idman növlərinin Azərbaycanda inkişaf etdirilməsi üçün yaxşı imkan var. Ancaq gəlirli sahə olmadığından idmanlar buna o qədər də maraq göstərmir.
Bununla belə, nazir deyib ki, nə qədər çətin sahə olsa da, Azərbaycanda ekstremal idman növləri mütləq inkişaf etməlidir. Onun sözlərinə görə, bunun üçün Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının planları da var: “Biz indi paraşütlər, motosikletlər əldə etmək, beynəlxalq yarışlara qatılmaq istəyirik. Hazırda federasiyanın 10-dək paraşütü var, ancaq onları idarə edən yoxdur”.
Hüseyn Bağırov bildirib ki, hazırda bu idman növünü inkişaf etdirmək üçün 300-dək idmançı var. Lakin onlar ağır və sərt təbii şəraitdə hərəkət etmək, ekstremal şəraitdə necə davranmağı bilmir. Bu səbəbdən də onların hazırlanmasına ehtiyac var. Bunun üçün xaricdən mütəxəssis dəvət etmək, yaxud da idmançıları təlim üçün xaricə göndərmək lazımdır.
“Bizim məqsədimiz heç də gəlir götürmək deyil. Sadəcə, idmanın bu növünü inkişaf etdirmək üçün kimsə belə bir məsuliyyəti üzərinə götürməlidir. Federasiyaya dəstək verənlər var. Bu əməkdaşlığı bir qədər genişləndirmək lazımdır, belə tədbirləri intensivləşdirmək lazımdır” – deyə, Hüseyn Bağırov bildirib.
Elxan SALAHOV

885