Gəncədə Açıq Əyləncəli Futbol Məktəbi işə başlayıb
Məktəbin açılış mərasimi keçirilib
Bu gün Gəncə SOS Uşaq Kəndində 5 günlük Açıq Əyləncəli Futbol Məktəbinin fəaliyyətə başlaması münasibəti ilə tədbir keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirdə layihə əsasında öz işinə start verən Açıq Əyləncəli Futbol Məktəbinin əhəmiyyətindən söz açılıb. Məktəbin təlimatçısı Novil İsmayılovun bildirdiyinə görə, Danimarkanın Kəsişən Mədəniyyətlər Assosiayası tərəfindən Açıq Əyləncəli Futbol Məktəbləri ölkəmizdə 2004-cu ildən fəaliyyətə başlayıb. Hazırda Gəncədən 200-ə yaxın məktəbli bu layihənin iştirakçısıdır. AFFA, UAFA, Danimarka hökümətinin dəstəyi ilə reallaşan layihənin əsas məqsədi azyaşlıların idmana marağını artırmaq, uşaq futbolunun inkişaf etdirilməsinə dəstək verməkdir. Artıq Gəncədə də belə bir məktəbin yaradılması bu məqsədə daha asan çatmağa imkan verəcək.
Tədbirdə həmçinin gələcəkdə SOS Uşaq İdman Klubunun yaradılmasının nəzərdə tutulduğu da diqqətə çatdırılıb.
Vüsalə Cənnətova

Oxşar yazılar

FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39