Azərbaycanlı futbolçu ABŞ-da biznes qurur
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov deyib.
“Neftçi” klubunun heyətində ilk ölkə çempionu olan Qəmbərovun bildirdiyinə görə, artıq futbolçu karyerasını başa vurduğu üçün özünü biznes sahəsində sınamaq fikrindədir: “ABŞ-da Olim Tellayev adlı dostum var. Onu çoxdan, Özbəkistanda oynadığım vaxtdan tanıyıram. 6 ilə yaxındır ABŞ-da yaşayır və oranın vətəndaşıdır. Çox çətinlikdə olsa da, okeanın o tayına bir illik viza və bilet almışam”.
İyunun 3-də Bakı-İstanbul-Nyu-York hava reysi ilə səfərə çıxacağını vurğulayan Qəmbərovun sözlərinə görə, bir ildən sonra viza müddətini uzadıb, 3-4 il ABŞ-da yaşayacaq. Orada həmişəlik qalacağını da istisna etməyən sabiq hücumçu deyib ki, ABŞ-da Tellayevdən başqa da tanışları var.
Qəmbərov bildirib ki, öncə dostunun yanında işə başlayacaq: “Olimin şəxsi restoranı, biznesi var. Allahın köməyi ilə onun yanında yavaş-yavaş işə başlayacağam. Bu, Nyu-Yorkda “Bruklin” adlanan məkanda olacaq. Az öncə Olimlə danışdım, reysin vaxtını dedim. Məni gözləyəcək. Onunla ailəvi dostuq. Olim Özbəkistan vətəndaşı olsa da, milliyətcə tacikdir. Hər il məni yanına çağırsa da, getmirdim. Amma indi getməyə üstünlük verdim”.

Oxşar yazılar

"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40
“Bavariya” “Leyptsiq”i darmadağın etdi
23 avqust 2025 , 02:48