Azərbaycan – Türkiyə matçı öncəsi “Neftçi” – “Qarabağ” görüşü keçiriləcək
05 oktyabr 2010 18:54 (UTC +04:00)

Azərbaycan – Türkiyə matçı öncəsi “Neftçi” – “Qarabağ” görüşü keçiriləcək

Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacaq.


Oyunun start fiti saat 16:00-da çalınacaq. Bu görüş Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi matçlarla əlaqədar Unibank Premyer Liqasında yaranan fasilə dövründə təşkil olunacaq. Yığmamız oktyabrın 8-də Avstriyaya qonaq olduqdan 4 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyəni qəbul edəcək. “Ay-ulduzlular”la görüş saat 20:00-da başlanacaq.
# 742

Oxşar yazılar