Arda və Hakan Bakıdakı oyunu buraxa bilər
08 sentyabr 2010 18:55 (UTC +04:00)

Arda və Hakan Bakıdakı oyunu buraxa bilər

Lent.az-ın məlumatına görə, “Qalatasaray” klubunda çıxış edən kapitan Arda Turanla sol cinah müdafiəçisi Hakan Baltanın zədələrinin ciddi olduğu açıqlanıb.

“Cim-Bom”un rəsmi saytı bildirir ki, Ardanın oyun vaxtı ayağından aldığı zərbə nəticəsində üç bağında zədələnmə aşkarlanıb. Bu zədələrdən ikisi ciddidir. Belçika ilə matç öncəsi sağ dizindən xəsarət alan Hakanın isə əzələlərinin müəyyən hissəsinin qırıldığı müəyyənləşib. Hər iki futbolçu ən azı 2 həftə müddətinə yaşıl meydançalardan kənarda qalacaq.

Qeyd edək ki, Türkiyə millisi növbəti seçmə oyunlarını oktyabrın 8-də səfərdə Almaniya, bundan 4 gün sonra isə Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək. Həmin oyunlaradək bir ay vaxt qalsa da, Arda Turan və Hakan Baltanın komandamızla görüşü buraxacaqları istisna olunmur. Hər şeyə futbolçuların müalicə prosesinin gedişində aydınlıq gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar

"Milan" Menyanı bu qiymətə "Çelsi"yə  satmağa   razılaşdı

"Milan" Menyanı bu qiymətə "Çelsi"yə satmağa razılaşdı

8 iyun 2025 , 19:28
Millətlər Liqasının bürünc mükafatçısı məlum oldu

Millətlər Liqasının bürünc mükafatçısı məlum oldu

8 iyun 2025 , 19:19
Poçettino "Tottenhem"ə geri dönür?  – CAVABI

Poçettino "Tottenhem"ə geri dönür? – CAVABI

8 iyun 2025 , 17:22
"Mançester Siti"nin liderlərindən biri "Əl-Hilal"a keçə bilər

"Mançester Siti"nin liderlərindən biri "Əl-Hilal"a keçə bilər

8 iyun 2025 , 14:10
Neymar koronavirusa yoluxdu

Neymar koronavirusa yoluxdu

8 iyun 2025 , 11:56
Böyük klublar Qornaço ilə maraqlanır

Böyük klublar Qornaço ilə maraqlanır

8 iyun 2025 , 10:34
Türkiyə səfərdə ABŞ-ı  məğlub etdi

Türkiyə səfərdə ABŞ-ı məğlub etdi

8 iyun 2025 , 02:31
Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48