Ramin Musayev: “Məni gözdən salmaq kimə lazımdır?”
“Azərbaycan Premyer Liqasında region komandalarının sayının çoxalması bizim üçün daha maraqlı olardı”.
Bunu Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
R.Musayevin sözlərinə görə, I divizion klublarının hamısı Premyer Liqada oynamağa hazır olmadığı barədə şəxsən onun özünə məlumat verib. O, aşağı liqadakı klublardan heç birinin AFFA-nın lisenziyalaşdırma komissiyasından keçə bilmədiyini və Premyer Liqada oynamaq üçün bank təminatı təqdim etmədiyini açıqlayıb.
PFL prezidenti bildirib ki, mövsümün sonunda Premyer Liqanı tərk edəcək klubların sayını azaltmaları Tovuzun “Turan” komandasını elitada saxlamaq istəyi ilə bağlı deyil: “Biz bütün komandalara eyni münasibət bəsləyirik. Hamısı Azərbaycan klubudur. I diviziondakı 8 komandadan 6-sı regionları təmsil edir. Onlardan ikisi gələn mövsüm Premyer Liqaya vəsiqə qazansaydı, elitadakı bölgə komandalarımızın sayı artardı. Amma I diviziondakı klub rəhbərlərinin hamısı hələ Premyer Liqada oynamağa hazır olmadıqlarını şəxsən mənə bildiriblər.
“Şahdağ” klubunun prezidenti Ərəstun Niftiyev Qusardakı stadionlarının hələ hazır olmadığını səbəb göstərdi. Dedim ki, Qusardakı hazır deyilsə, Qubada oynayın. Lakin o, Qubadakı stadionda oynamaq istəmədiklərini vurğuladı. İndi jurnalistlərə bildirir ki, Premyer Liqada oynamağa hazırdırlar. Müharibə zonasına yaxın Bərdənin ABN və Mingəçevirin “Energetik” komandalarının Premyer Liqada mübarizə aparması bizim üçün də yaxşı hal olardı. Lakin hər iki klubun rəhbərliyi lisenziya ala bilməyib. İndi isə bütün I divizion komandaları gələn mövsüm Premyer Liqada oynamaqdan imtina etmədiklərini deyirlər. Bu yalanlar, böhtanlar, Ramin Musayevi gözdən salmaq kimə lazımdırsa, qoy yazsınlar. Düzgünlük başqa şeydir”.

Oxşar yazılar

İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46