![“İnter”in qələbəsi “Real”a 3 milyon avro qazandıracaq](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“İnter”in qələbəsi “Real”a 3 milyon avro qazandıracaq
Futbol üzrə Çempionlar Liqasının final matçında Almaniya “Bavariya”sı üzərində qələbə təqdirində, İtaliya “İnter”i İspaniyanın “Real” klubuna 3 milyon avro ödəyəcək.
Lent.az-ın məlumatına görə, bu, heç də oyunun Madrid komandasına məxsus “Santyaqo Bernabeu” stadionunda keçirilməsi ilə əlaqədar deyil. Sadəcə, səbəbkar ötən il “kral klubu”ndan “İnter”ə transfer olunan Uesli Sneyderdir. Keçid şərtlərindən biri bu olub ki, hollandiyalı yarımmüdafiəçi “neradzurri” ilə Çempionlar Liqasını qazanarsa, İtaliya çempionu “Real”a bu məbləğdə kompensasiya ödəməlidir. Lakin baş məşqçi Joze Mourinyo “İnter”dən “kral klubu”na keçəcəyi təqdirdə, 3 milyon avro kompensasiya müqavilənin vaxtından əvvəl pozulması səbəbindən silinəcək.
Başqa bir məlumatda isə bildirilir ki, Mourinyo “İnter”lə Çempionlar Liqasını qazanacağı halda, heç bir razılıq almadan “Real”a keçəcək. Bu maddənin portuqaliyalı mütəxəssislə “İnter” arasındakı müqavilədə əksini tapdığı qeyd olunur.
Qeyd edək ki, “Bavariya” – “İnter” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxşar yazılar
![Marselo karyerasını başa vurdu: 27 kuboku var](https://lent.az/storage/news/2025/february/06/big/67a4b64d9e8bc67a4b64d9e8bd173884782167a4b64d9e8ba67a4b64d9e8bb.webp)
Marselo karyerasını başa vurdu: 27 kuboku var
6 fevral 2025 , 18:10![40 yaşlı Kriştiano Ronaldo yubileyini kiminlə qeyd etdiyini göstərdi](https://lent.az/storage/news/2025/february/06/big/67a478cd6310867a478cd63109173883207767a478cd6310667a478cd63107.webp)
40 yaşlı Kriştiano Ronaldo yubileyini kiminlə qeyd etdiyini göstərdi
6 fevral 2025 , 17:16![Neymar "Santos"dakı ilk oyunun ən yaxşısı seçildi](https://lent.az/storage/news/2025/february/06/big/67a46cb3cef0667a46cb3cef07173882897967a46cb3cef0467a46cb3cef05.webp)
Neymar "Santos"dakı ilk oyunun ən yaxşısı seçildi
6 fevral 2025 , 14:58![Harri Keynin Bundesliqanın 50 oyununda 55 qolu - VİDEO](https://lent.az/storage/news/2025/february/06/big/67a4633d02ef867a4633d02ef9173882655767a4633d02ef667a4633d02ef7.jpg)
Harri Keynin Bundesliqanın 50 oyununda 55 qolu - VİDEO
6 fevral 2025 , 12:17![Julio Romao "Qarabağ”dan getdi](https://lent.az/storage/news/2025/february/05/big/67a3547d161ba67a3547d161bb173875724567a3547d161b867a3547d161b9.jpg)
Julio Romao "Qarabağ”dan getdi
5 fevral 2025 , 16:08![Ronaldonun 40 yaşı tamam oldu](https://lent.az/storage/news/2025/february/05/big/67a316457e3cd67a316457e3ce173874131767a316457e3cb67a316457e3cc.jpg)
Ronaldonun 40 yaşı tamam oldu
5 fevral 2025 , 12:29![Neymar "Santos"un bazasına şəxsi helikopteri ilə getdi - VİDEO](https://lent.az/storage/news/2025/february/05/big/67a2fc77c558a67a2fc77c558b173873471167a2fc77c558867a2fc77c5589.jpg)
Neymar "Santos"un bazasına şəxsi helikopteri ilə getdi - VİDEO
5 fevral 2025 , 10:39![Mariya Stadnik: “Həyatın verdiyi bütün şans və imkanlardan istifadə edin”-VİDEO](https://lent.az/storage/news/2025/february/05/big/67a2777ae34c767a2777ae34c8173870066667a2777ae34c567a2777ae34c6.jpg)