AFFA Ağasəlim Mircavadova rəhm etmədi
18 may 2010 10:30 (UTC +04:00)

AFFA Ağasəlim Mircavadova rəhm etmədi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağasəlim Mircavadovun bu mövsüm ikinci dəfə cəzalandırılması haqda qərar çıxarılıb.


Bu dəfə Mircavadov hakimə kəllə atdığı üçün yox, “Bakı” ilə mayın 15-də keçirilmiş Unibank Premyer Liqasının son tur qarşılaşmasından sonra mətbuat konfransına qatılmadığı üçün cərimələnib. Mətbuat konfransında köməkçisi Tofiq Mustafayev Mircavadovun özünü pis hiss etdiyini deyib. Lakin İntizam Komitəsi təcrübəli mütəxəssisə rəhm etməyib və klubu 1000 manat cərimə edib. “Xəzər Lənkəran”ı daha 2000 manat ziyana azarkeşləri salıb. Oyunun 30-cu dəqiqəsində azarkeşlər meydançaya kənar əşya atıblar. “Bakı” da cəzasız qalmayıb. 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubuna 1000 manat cərimə kəsilib.


“Turan”ın futbolçusu Hafiz Əliyev isə “Karvan”la qarşılaşmanın 74-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulub. Bu səbəbdən, futbolçu 2 oyunluq cəzalanıb, klubu isə 2000 manat cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar