![“İnter”i ikiqat Azərbaycan çempionu oldu](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“İnter”i ikiqat Azərbaycan çempionu oldu
Futbol üzrə Unibank Premyer Liqasında qalib və mükafatçılar müəyyənləşib. Lent.az-ın məlumatına görə, “İnter” klubu tarixində ikinci dəfə Azərbaycan çempionu olub.
Baş məşqçi Kaxaber Tsxadadzenin komandası qızıl medala “Qəbələ” üzərində böyük hesablı qələbə və əsas rəqibləri “Xəzər Lənkəran”la “Qarabağ”ın xal itirməsi sayəsində nail olub. “Xəzər Lənkəran” öz meydançasında “Bakı”ya minimal hesabla uduzub. “Qarabağ” isə səfərdə “Neftçi”nin müqavimətini qıra bilməyib. Bununla da sonuncu turadək lider olan “Xəzər Lənkəran” paytaxtın eyniadlı klubuna məğlubiyyətdən sonra 4-cü pilləyə enib və medalsız qalıb. “Qarabağ” “Neftçi” ilə matçda əldə etdiyi 1 xal sayəsində Lənkəran komandası ilə xallarını bərabərləşdirsə də (27 xal), şəxsi göstəricilərdə üstünlük qazanıb və bürünc medala sahib olub. Gümüş medalı 28 xal yığan “Bakı” qazanıb. Çempionluğu isə 29 xalla “İnter” bayram edib.
Qeyd edək ki, sonuncu turadək “Bakı”nın bilərəkdən uduzaraq, “Xəzər Lənkəran”ın çempionluğuna yardımçı olacağına dair şübhələr var idi. Üstəlik, “Neftçi”nin əsas heyət üzvlərinin bir çoxundan imtina etməsi ilə “Qarabağ”a məğlubiyyət üçün zəmin yaratdığı bildirilirdi. Lakin həm “Bakı”, həm də “Neftçi” heç bir danışılmış oyuna getmədən, hər şeydən vacib olan şərəf hissini üstün tutaraq, bütün şayiələri puça çıxarıblar. Nəticədə “İnter” klubu 2 il öncə əldə etdiyi çempionluğa yenisini əlavə edib.
“Xəzər-Lənkəran” – “Bakı” - 0:1
Aleksandr Şoliç, 27
“Neftçi” – “Qarabağ” - 0:0
“İnter” – “Qəbələ” - 4:1
Petar Zlatinov, 16-penalti ilə. Robertas Poşkus, 42; 47; 67 - Tomaş Stolpa, 90
1. “İnter” – 29 xal
2. “Bakı” – 28
3. “Qarabağ” – 27
4. “Xəzər Lənkəran” – 27
5. “Neftçi” – 23
6. “Qəbələ” – 20
Unibank Premyer Liqasına mayın 16-da ikinci “6-lıq”da keçiriləcək XXXII turun oyunları ilə yekun vurulacaq.
“Karvan” – “Turan”
“Olimpik-Şüvəlan” – “Muğan”
“Simurq” – “Standard”
Hər üç oyun saat 17:15-də başlanacaq.

Oxşar yazılar
![Marselo karyerasını başa vurdu: 27 kuboku var](https://lent.az/storage/news/2025/february/06/big/67a4b64d9e8bc67a4b64d9e8bd173884782167a4b64d9e8ba67a4b64d9e8bb.webp)
Marselo karyerasını başa vurdu: 27 kuboku var
6 fevral 2025 , 18:10![40 yaşlı Kriştiano Ronaldo yubileyini kiminlə qeyd etdiyini göstərdi](https://lent.az/storage/news/2025/february/06/big/67a478cd6310867a478cd63109173883207767a478cd6310667a478cd63107.webp)
40 yaşlı Kriştiano Ronaldo yubileyini kiminlə qeyd etdiyini göstərdi
6 fevral 2025 , 17:16![Neymar "Santos"dakı ilk oyunun ən yaxşısı seçildi](https://lent.az/storage/news/2025/february/06/big/67a46cb3cef0667a46cb3cef07173882897967a46cb3cef0467a46cb3cef05.webp)
Neymar "Santos"dakı ilk oyunun ən yaxşısı seçildi
6 fevral 2025 , 14:58![Harri Keynin Bundesliqanın 50 oyununda 55 qolu - VİDEO](https://lent.az/storage/news/2025/february/06/big/67a4633d02ef867a4633d02ef9173882655767a4633d02ef667a4633d02ef7.jpg)
Harri Keynin Bundesliqanın 50 oyununda 55 qolu - VİDEO
6 fevral 2025 , 12:17![Julio Romao "Qarabağ”dan getdi](https://lent.az/storage/news/2025/february/05/big/67a3547d161ba67a3547d161bb173875724567a3547d161b867a3547d161b9.jpg)
Julio Romao "Qarabağ”dan getdi
5 fevral 2025 , 16:08![Ronaldonun 40 yaşı tamam oldu](https://lent.az/storage/news/2025/february/05/big/67a316457e3cd67a316457e3ce173874131767a316457e3cb67a316457e3cc.jpg)
Ronaldonun 40 yaşı tamam oldu
5 fevral 2025 , 12:29![Neymar "Santos"un bazasına şəxsi helikopteri ilə getdi - VİDEO](https://lent.az/storage/news/2025/february/05/big/67a2fc77c558a67a2fc77c558b173873471167a2fc77c558867a2fc77c5589.jpg)
Neymar "Santos"un bazasına şəxsi helikopteri ilə getdi - VİDEO
5 fevral 2025 , 10:39![Mariya Stadnik: “Həyatın verdiyi bütün şans və imkanlardan istifadə edin”-VİDEO](https://lent.az/storage/news/2025/february/05/big/67a2777ae34c767a2777ae34c8173870066667a2777ae34c567a2777ae34c6.jpg)