“Neftçi” daha 6 əcnəbi futbolçudan “təmizləndi”
11 may 2010 11:00 (UTC +04:00)

“Neftçi” daha 6 əcnəbi futbolçudan “təmizləndi”

2010-2011-ci il mövsümündə Avropa kuboklarından kənarda qalan Neftçi” klubunda növbəti “təmizləmə əməliyyatı” aparılıb.



Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a verilən məlumata görə, “Neftçi”yə böyük ümidlərlə cəlb olunmalarına baxmayaraq, ümidləri doğrultmayan daha 6 legioner əsas komandadan kənarlaşdırılıb.


Bunlar rumıniyalı Adrian Neaqa, Marian Aliuta, estoniyalı Taavi Rahn və Vladimir Voskoboynikov, türkiyəli Suat Usta və uruqvaylı Valter Quqlemondur. Adıçəkilən oyunçulara “Qəbələ” ilə son səfər oyununda da şans verilsə də, növbəti dəfə ümidləri doğrultmayıblar. Onlar “Neftçi”nin bu günkü məşqinə buraxılmayıblar. Əvəzində əvəzedici heyətdən layiqli futbolçular əsas komandaya cəlb olunublar.


Həmçinin, yaxın günlərdə komandaya yüksək səviyyəli legionerlərin transfer olunması ilə bağlı işlər aparılır. Gələcəyin komandasını yaratmaq niyyətində olan “Neftçi” klubunun yeni rəhbərliyi komandaya yeni ruh, yeni nəfəsin lazım olduğuna qərar verib. Azərbaycan çempionatı başa çatdıqdan sonra klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə “Neftçi”nin geniş toplantısı keçiriləcək və gələcəyin komandasının yaradılması ilə bağlı müvafiq qərarlar veriləcək.


Qeyd edək ki, bir müddət öncə daha 3 legioner – serbiyalı Vladimir Miçoviç, türkmənistanlı Nazar Bayramov və nigeriyalı Valentin Atem də əsas komandadan əvəzedici heyətə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar