“Liverpul”un yeni sahibinin kimliyi açıqlandı
11 may 2010 10:30 (UTC +04:00)

“Liverpul”un yeni sahibinin kimliyi açıqlandı

Yaxın vaxtlarda İngiltərənin “Liverpul” futbol klubunun suriyalı biznesmen Yəhya Kirdiyə 400 milyon funt qarşılığında satışı reallaşacaq.


Lent.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, hazırkı sahibləri Tom Hiks və Corc Cillett klubu satışa çıxarıblar. Kirdi “Liverpul”u 400 milyon funta almağa hazırlaşır. Bu halda, klub 350 milyon funt borcunu qaytara biləcək. “Liverpul”un gələcək sahibi Suriya milli komandasının sabiq futbolçusu olub, hazırda isə UNİCEF-in beynəlxalq nümayəndəsidir.


Qeyd edək ki, Tom Hiks və Corc Cillett klubu 2007-ci ildə alıblar. Onların rəhbərliyi altında “Liverpul” heç bir titul qazanmayıb. Cari mövsümdə “qırmızılar” Premyer Liqada 7-ci yeri tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar