Yalnız Vüqar Həşimov qələbə ilə başladı
11 may 2010 10:00 (UTC +04:00)

Yalnız Vüqar Həşimov qələbə ilə başladı

Rusiyanın Həştərxan şəhərində şahmat üzrə FİDE “Qran-pri”sinin sonuncu mərhələsi start götürüb. Lent.az-ın məlumatına görə, mayın 24-dək davam edəcək turnirdə 2010-2011-ci il tsiklində iddiaçıların görüşünə ikinci vəsiqənin sahibi müəyyənləşəcək.

Bu mərhələdə 14 qrossmeyster dairəvi sistemlə mübarizə aparır. Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Vüqar Həşimov təmsil edir. İlk turda Vüqar Həşimov ağ fiqurlarla Vasili İvançuku (Ukrayna) məğlub edib. Eyni rəngli fiqurlarla oynayan Şəhriyar Məmmədyarov Dmitri Yakovenko (Rusiya) ilə, qara fiqurlarla çıxış edən Teymur Rəcəbov isə Yevgeni Alekseyevlə (Rusiya) heç-heçəyə razılaşıb – 0,5:0,5.

Digər qarşılaşmalarda Pavel Elyanov (Ukrayna) Petr Svidlerlə (Rusiya), Vladimir Akopyan (Ermənistan) Boris Gelfandla (İsrail), Van Yue (Çin) Peter Leko (Macarıstan) ilə, Ernesto İnarkiyev (Rusiya) isə Ruslan Ponomaryovla (Ukrayna) xalları yarı bölüb.

Bu gün keçiriləcək 2-ci turda görüşəcəklər:

Yakovenko – Həşimov
Svidler – Ponomaryov
Rəcəbov – İnarkiyev
Leko – Alekseyev
Gelfand – Məmmədyarov
Elyanov – Akopyan
İvançuk – Van Yue.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar