“AtaHolding” FİLA ilə 7 milyon dollarlıq müqavilə imzalayıb
15 aprel 2010 10:00 (UTC +04:00)

“AtaHolding” FİLA ilə 7 milyon dollarlıq müqavilə imzalayıb

Azərbaycanın “AtaHolding” şirkəti Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) ilə sponsorluq müqaviləsi imzalayıb. Lent.az-ın “Ves Sport” agentliyinə istinadən verdiyi məlumata görə, anlaşma Bakıda keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı çərçivəsində baş tutub.

Müqavilə 4 illik müddəti əhatə edəcək. Bu müddətdə “ATA-Holding” FİLA-nın hesabına 7 milyon dollar köçürəcək. Həmin məbləğ hər il bərabər hissələrə bölünməklə, 1,175 milyon dollar olacaq.
# 512

Oxşar yazılar