Dünya çempionatında yığmamız 1 qızıl, 3 bürünc medal qazandı
27 mart 2010 10:00 (UTC +04:00)

Dünya çempionatında yığmamız 1 qızıl, 3 bürünc medal qazandı

Daha 4 medal isə bu gün gözlənilir


Türkiyənin Antalya şəhərində görmə qüsurlu cüdoçular arasında dünya çempionatı keçirilir. Lent.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvləri artıq 1 qızıl, 3 bürünc medal qazanıblar.


Cüdoçularımızdan yeganə qızıl medalı qadınların yarışında çıxış edən Afaq Sultanova əldə edib. 57 kq çəki dərəcəsində çıxış edən Sultanova Yaponiya, Fransa və Braziliya təmsilçiləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Qalan 3 bürünc medala isə kişilərin mübarizəsində yer alan Ramin İbrahimov (60 kq), Natiq Novruzzadə (73 kq) və Rövşən Səfərov (81 kq) sahib olublar.


Dünya çempionatının bu gün keçiriləcək son yarış günündə Çinarə Rzazadə (78 kq), Tofiq Məmmədov (90 kq), Xəyal Qəniyev (100 kq) və ikiqat paralimpiya çempionu İlham Zəkiyev (100 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.
# 518

Oxşar yazılar