“Qalatasaray” - “Fənərbağça” matçının hakimləri açıqlandı
13 dekabr 2012 10:43 (UTC +04:00)

“Qalatasaray” - “Fənərbağça” matçının hakimləri açıqlandı

Futbol üzrə Türkiyə Superliqasında “Qalatasaray” və “Fənərbağça” arasında dekabrın 16-da keçiriləcək derbinin hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, “Türk Telekom Arena”da baş tutacaq qarşılaşmanı Halis Özkahya idarə edəcək.

Ona Ekrem Kan və Volkan Narinç yan xətt hakimləri, Tolqa Özkalfa isə ehtiyat hakim qismində yardımçı olacaqlar.
# 969

Oxşar yazılar