Joze Mourinyo “Spartak”a gəlir?
07 dekabr 2012 15:05 (UTC +04:00)

Joze Mourinyo “Spartak”a gəlir?

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo Rusiya “Spartak”ına rəhbərlik edə bilər. Lent.az-ın məlumatına görə, bu barədə “Rossiyskaya qazeta” “kral klubu”ndakı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, Mourinyonun agentinin bir sıra klub və milli komandalarla danışıqlar apardığı bildirilir. Onların arasında “Spartak” da var. Daha öncə isə 49 yaşlı mütəxəssisin Madrid komandasını mövsümün sonunda tərk edəcəyi yazılıb.

Qeyd edək ki, Joze Mourinyo “Real Madrid”ə 2010-cu ildə baş məşqçi təyin olunub. O, “kral klubu” ilə 2010-2011-ci il mövsümündə İspaniya Kubokunu, 2011-2012-ci il mövsümündə isə ölkə çempionluğunu, 2012-ci ilin yayında isə İspaniya Superkubokunu qazanıb. “Spartak” isə ispaniyalı Unay Emerinin istefasından sonra baş məşqçisiz qalıb. İndi onun səlahiyyətlərini baş direktor Valeri Karpin yerinə yetirir.
# 1410

Oxşar yazılar