FİFA referiləri paytaxt derbilərində
05 dekabr 2012 18:50 (UTC +04:00)

FİFA referiləri paytaxt derbilərində

Futbol üzrə Topaz Premyer Liqasında XVI turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mübahisəli qərarları ilə daim diqqət mərkəzində olan futzal üzrə beynəlxalq dərəcəli hakim Elçin Məmmədov yenə iş başında olacaq.

Məmmədov bu dəfə “Sumqayıt” – “Qəbələ” matçına baş hakim göndərilir. Digər FİFA referilərimizdən Fariz Yusifov və Anar Salmanov paytaxt derbilərində fit çalacaqlar. Vüsal Əliyev isə VI turdan təxirə salınmış “Xəzər Lənkəran” – “Bakı” qarşılaşmasının baş hakimi olacağından, qarşıdakı tura təyinat almayıb.

7 dekabr (cümə)

16:00. “Qarabağ” (Ağdam) – “Kəpəz” (Gəncə)
Hakimlər: Rauf Cababrov, Azər Əsgərov, İsgəndər Əliyev, Tahir Əhmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

8 dekabr (şənbə)

14:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

9 dekabr (bazar)

15:15. “İnter” (Bakı) – AZAL (Bakı)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
Bakı, “Şəfa” stadionu

10 dekabr (bazar ertəsi)

14:00. “Turan” (Tovuz) – “Bakı”
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Elşən Acalov, Teymur Fərhadov
Tovuz şəhər stadionu

16:00. “Simurq” (Zaqatala) – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Zaqatala şəhər stadionu

18:00. “Neftçi” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı, 8-ci kilometr stadionu.
# 552

Oxşar yazılar