Hindistana sanksiya
05 dekabr 2012 11:47 (UTC +04:00)

Hindistana sanksiya

Beynəlxalq Olimpiya Komitəsi (İOC) Hindistanın quruma üzvlüyünü dayandırıb. Lent.az-ın məlumatına görə, hindistanlı idmançılar beynəlxalq yarışlarda, o cümlədən, Olimpiya Oyunlarında öz ölkələrinin bayrağı altında çıxış edə bilməyəcəklər.


Eyni zamanda Hindistan Milli Olimpiya Komitəsi (MOK) İOC-dan subsidiyalar almayacaq, hindistanlı məmurlar ali olimpiya orqanının tədbirlərinə baş çəkə bilməyəcəklər. Hindistanı dövlətin İOC-un fəaliyyətinə müdaxilə etməsi səbəbindən cəzalandırıblar. Hökumət dekabrın 5-də MOK-da keçiriləcək seçkinin nəticələrinə təsir etmək istəyir. Öncədən seçki noyabrın 25-də keçirilməli idi. Lakin seçki komissiyasının sədri dövlətin təzyiqlərinə etiraz əlaməti kimi istefa verib.


İOC MOK İcraiyyə Komitəsinin üzvü Sureş Kalmadinin həbsi ilə əlaqədar Hindistan hökumətinə dəfələrlə xəbərdarlıq edib. Kalmadi 2010-cu ilin oktyabrında paytaxt Dehlidə Həmrəylik Oyunlarının keçirilməsinə cavabdeh olub. 2011-ci ilin aprelində o, korrupsiyada şübhəli bilinərək həbs olunub, 2012-ci ilin yanvarında isə azadlığa buraxılıb. İndi Kalmadi Hindistanın MOK prezidentliyi uğrunda mübarizə aparmaq niyyətindədir. Lakin hökumət korrupsiyada ittiham olunan məmurun namizədliyinə qarşı çıxır.
# 701

Oxşar yazılar