“Rusiya siyasi məqsədlərinə bütün vasitələrlə çatmaq üçün düyməyə basıb”
Getdikcə daha çox imperialist xarakter alan bu siyasət keçmiş SSRİ-ni bərpa etmə yönündə cəhdlərlə də zənginləşir və digər sahələrdə olduğu kimi, idmanda da “mübarək” üzünü göstərməkdədir”. Lent.az-ın məlumatına görə, bu fikirlər İdman Araşdırmalar Mərkəzinin (İAM) yaydığı bəyanatda əksini tapıb.
Rəsmi açıqlamada “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin sədri və Rusiyanın “Zenit” klubunun faktiki söz sahibi Aleksey Millerin MDB ölkələri üçün birləşmiş liqanın yaradılması təşəbbüsünə münasibət bildirilib: “Liqanın formatı hələ müəyyənləşməsə də, hədəf bəllidir: keçmiş SSRİ-nin bərpasına özünəməxsus töhfə vermək. “Qazprom”un Rusiyanın hakim dairələri ilə yaxınlığı və elə ölkə çempionatına cavabdeh qurumların bu ideyaya qarşı çıxmamaları onu göstərir ki, siyasi məqsədlərə bütün vasitələrlə çatmaq üçün düyməyə basılıb. Bu şirkət postsovet məkanında fəaliyyət göstərdiyi bütün respublikalara və əməkdaşlıq etdiyi şirkətlərə müxtəlif yollarla təsir göstərərək, MDB çempionatında təmsil olunmağa “dobro” almaq istəyir. Milnerin məhz indi belə bir sevdaya düşməyə bəhanəsi də var. Guya “Zenit”i Rusiya Premyer Liqasında sıxışdırırlar. Elə isə Sankt-Peterburq komandası çempion kimi başa vurduğu son iki mövsüm ərzində niyə belə demarş etmirdi? Həmin vaxt haqsızlığa məruz qalan başqa klublar niyə susurdular? Digər tərəfdən, cəmi 10 günlük müddəti əhatə edən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turniri iflasa uğrayırsa, bütöv bir mövsümü əhatə edən MDB çempionatını keçirməkdə maraq nədir?”
İAM Mərkəzi hesab edir ki, MDB çempionatı keçirmə təşəbbüsü siyasi məqsədlərə qulluq edir: “Bu ideya reallaşarsa, böyük sərmayələr qoyulan Azərbaycan çempionatına azarkeşlərin onsuz da aşağı səviyyədə marağı tamamilə itəcək. Ümid edirik ki, Azərbaycan futboluna cavabdeh qurumlar belə təşəbbüslərin arxasındakı siyasi məqsədləri anlayaraq, peşəkar futbol prinsiplərini daha üstün tutacaqlar”.

1915