Məhəmməd Əli “Boks kralı” elan olunacaq
Bu barədə qurumun prezidenti Xose Süleyman açıqlama verib. O bildirib ki, Əlinin alacağı tac, hökmdar əsası və çiyinlik hazırdır. Mərasim isə dekabrda Meksikanın kurort şəhəri Kankunda qurumun 50-ci sessiyası çərçivəsində baş tutacaq. Əfsanəvi boksçu müstəsna xidmətləri qarşılığında fəxri ada layiq görüləcək. Tacqoymada WBC versiyası üzrə keçmiş və hazırkı dünya çempionlarının, habelə ağır çəkidə çempionluq kəmərinin sahibi Vitali Kliçkonun iştirakı gözlənilir.
Əli Kankunda olduğu vaxt qurum onun sərəncamına xüsusi iqamətgah və yaxta verəcək. 70 yaşlı boksçu Karib hövzəsində səyahətə çıxacaq. Süleyman veteran idmançının tək, yoxsa qızı Leyla ilə birgə gələcəyinə hələ qərar vermədiyini də əlavə edib.
Qeyd edək ki, Leyla Əli də peşəkar döyüşlərə qatılır.

Oxşar yazılar

UFC: Rafael Fiziyev çilili döyüşçünü məğlub etdi
22 iyun 2025 , 01:45
Bakıda ilk UFC qalibi Muhammed Usman oldu
21 iyun 2025 , 21:38
"Bavariya" onu "Barselona"dan qoparmağa çalışır
21 iyun 2025 , 18:12
Levandovski də ərəb klubuna gedir
21 iyun 2025 , 13:05
"Arsenal" 60 milyonluq oyunçunu 65 milyona aldı
21 iyun 2025 , 09:37
"Liverpul" Florian Virtsin transferini açıqladı
21 iyun 2025 , 01:13
Fabreqas Avropa çempionunu “Komo”ya dəvət edir
20 iyun 2025 , 19:20