Topaz Premyer Liqası: “Neftçi”dən Kazan səfəri öncəsi darmadağın
19 oktyabr 2012 17:58 (UTC +04:00)

Topaz Premyer Liqası: “Neftçi”dən Kazan səfəri öncəsi darmadağın

Lent.az-ın məlumatına görə, açılış matçında Bakının “Neftçi” klubu əzəli rəqibi Gəncə “Kəpəz” ilə üz-üzə gəlib.

Azərbaycanın iki ən böyük şəhərinin komandaları arasındakı qarşılaşma darmadağınla yekunlaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hesabı 5-ci dəqiqədə “Kəpəz”in oyunçusu Emin Əliyev açıb. Tədricən özünə gələn “Neftçi” 21-ci dəqiqədə bərabərlik qolunu vurub. Culius Vobay fərqlənib. Bundan 5 dəqiqə sonra Nikolas Kanales flaqmanı hesabda irəli çıxarıb. Fasilədən sonra da “Neftçi” təşəbbüsü əldən verməyib. 64-cü dəqiqədə Kanales gözəl qolla “dubl” edib. Matçda son nöqtəni isə meydana girdikdən cəmi 2 dəqiqə sonra Araz Abdullayev qoyub.

Bununla da “Neftçi” Rusiya “Rubin”i ilə oktyabrın 25-də Kazanda keçirəcəyi Avropa Liqası matçı öncəsi əhval-ruhiyyəsini xeyli yüksəldib. Eyni zamanda flaqman xallarını 12-yə çatdıraraq, turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Komandanın ehtiyatda təxirə salınmış 3 oyunu da var. “Kəpəz” isə 7 xalla 10-cu pillədə qalıb.

Turun qalan oyunları həftəsonu keçiriləcək:

20 oktyabr (şənbə)

16:00. “Turan” (Tovuz) – AZAL (Bakı)
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Elşən Acalov, Feyzulla Feyzullayev
Tovuz şəhər stadionu

16:00. “Qarabağ” (Ağdam) – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Rza Məmmədov, Ramil Əhmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Bakı, “Şəfa” stadionu

21 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:15. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fariz Yusifov
Lənkəran şəhər mərkəzi stadionu.
# 1665

Oxşar yazılar

"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24
"Barselona"nın  keçmişq baş məşqçisi   vəfat edib

"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib

6 may 2024 , 15:12
 “Bayer” “Benfika”nın  rekordunu təkrarladı

 “Bayer” “Benfika”nın rekordunu təkrarladı

6 may 2024 , 13:44