Azad Rəhimov: “Bu suala cavab verə bilsəydim, Berti Foqts olardım”
18 oktyabr 2012 17:20 (UTC +04:00)

Azad Rəhimov: “Bu suala cavab verə bilsəydim, Berti Foqts olardım”

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə Azərbaycan milli komandasının Rusiya yığması ilə oktyabrın 16-da keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup matçını ötənlərin məşhur tennisçisi Boris Bekkerlə birgə izləyib. Lent.az-ın məlumatına görə, dünya şöhrətli idmançı ölkəmizə nazirliyin dəvəti ilə gəlib.

A.Rəhimov bildirib ki, Bekker yığmamızın heç də pis oynamadığını söyləyib: “Dünyanın tanınmış idmançısı belə fikirdədir. Doğrudan da dəyişiklik var. Hamı bunu görür. Milli komanda 3 il əvvəlki səviyyədə deyil”.

Yığmamız Portuqaliya ilə matçda olduğu kimi, Rusiya önündə də müdafiə taktikasına sadiq qalıb. Lakin nazir belə oyun üslubuna müdaxilə etmək fikrində olmadığını söyləyib: “Mən millimizin seçdiyi taktika ilə bağlı sualınıza cavab verə bilsəydim, Berti Foqts olardım. Foqts baş məşqçi kimi belə taktika seçib. Taktika seçimi məhz baş məşqçidən asılıdır. AFFA, Gənclər və İdman Nazirliyinin rəhbərliyi o taktikaya müdaxilə edə bilməz”.

Elşən MƏMMƏDOV
# 1473

Oxşar yazılar

"Mançester Yunayted"dəki  gələcəyimi düşünmürəm”  – Ten Haq

"Mançester Yunayted"dəki gələcəyimi düşünmürəm” – Ten Haq

7 may 2024 , 13:47
Dünyanın  ən yaxşı   20 futbol məşqçisi -  SİYAHI

Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

7 may 2024 , 11:58
"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19
Devid Moyesin “Vest Hem”dəki  əvəzedicisi   o olacaq 

Devid Moyesin “Vest Hem”dəki əvəzedicisi o olacaq 

6 may 2024 , 17:24