(R) Diqqət, danışır və göstərir Moskva!!!
16 oktyabr 2012 13:19 (UTC +04:00)

(R) Diqqət, danışır və göstərir Moskva!!!

www.etopaz.az “sakit” günləri növbəti dəfə arxada qoydu və yenidən zəngin futbol proqramı ilə qarşınızdadır. Tam 66 qarşılaşma!!! İngiltərə və Braziliyanın aşağı liqalarında keçiriləcək bir neçə oyunu çıxmaq şərti ilə qalan matçların hamısı milli komandaların görüşləridir. Proqramda 2014-cü il dünya çempionatına vəsiqə uğrunda Avropa, Asiya, Şimali, Mərkəzi və Cənubi Amerikada keçiriləcək oyunlar, habelə 19 və 21 yaşlı futbolçular arasında Avropa çempionatının seçmə görüşləri yer alıb.

Təbii ki, Azərbaycan azarkeşini ilk növbədə maraqlandıran öz milli komandamızın oyunudur. Bu gün Moskvanın məşhur “Lujniki” arenasında qrup lideri Rusiyanın qonağı olacaq Azərbaycan yığmasını çətin sınaq gözləyir. Saat 20:00-da başlanacaq bu matçda Rusiya millisi şəksiz favorit sayıldığından, www.etopaz.az qarşılaşma üçün əmsalları fora ilə müəyyənləşdirib. “Köhnə azarkeşlər” üçün bu qarşılaşma həm də bir nostalgiyadır. 25-30 il əvvəlki “Neftçi” – “Spartak”, “Neftçi” – “Dinamo Moskva” duellərinin xiffətini çəkənlər uzun fasilədən sonra Azərbaycan - Rusiya futbol qarşıdurmasını izləməklə xəyalən sovet dövrünə qayıda, o dövrlə indiki futbol arasında müqayisələr apara bilər.

Milli komandamızla bu ağır “döyüş”də uğur arzulayaraq keçək günün digər önəmli oyunlarına. Proqramda yer alan 66 matçdan 15-i proqnoz həvəskarlarına “tək oyun” kimi təqdim olunur. Ölkəmizdə böyük azarkeş ordusu olan Türkiyə millisinin Macarıstanla dueli də “tək oyun”lardandır. 4 gün əvvəl öz meydanında Rumıniyaya uduzmaqla mundiala yollanmaq şansını çətinə salan “ay-ulduzlular” vəziyyəti nisbətən düzəltmək üçün səfərdə Macarıstana qalib gəlməyə borcludur. Saat 23:30-da başlanacaq qarşılaşmada www.etopaz.az türkləri favorit sayır (qələbə əmsalı 2.30). Meydan sahiblərinin qələbəsi 2.50-yə, heç-heçənin əmsalı isə 3.10-a bərabərdir.

Onu da deyək ki, www.etopaz.az müştəriləri bu oyuna canlı mərc də edə bilər. Bu isə matçın həyəcanına bir qədər də rəng qatacaq. Tarixdə türklərin Osmanlı dövründə Macarıstan üzərində hərb meydanında çox önəmli qələbələri olub. Futbol müharibə olmasa da, bir mübarizə meydanıdır, hətta bəzən savaşı da xatırladır. Bu mənada görək Osmanlı övladlarının Dunay sahillərinə budəfəki yürüşü necə nəticələnəcək?

Günün daha bir canlı mərcə açıq olan qarşılaşması isə İspaniya - Fransa matçıdır. Saat 24:00-da başlanacaq oyunda İspaniyanın qələbə əmsalı 1.30-dur. Heç-heçə 4, fransızların zəfəri isə 7.50 əmsalla dəyərləndirilir. Əgər bu əmsallar sizi qane etmirsə, matçın startını gözləməlisiniz. Dəqiqələr ötdükcə, oyunun axarına uyğun olaraq əmsallar dəyişəcək, belədə siz də münasib bildiyiniz anda mərcə qoşula bilərsiniz.

Unutmayın ki, indi www.etopaz.az-da yeni şərtlərlə oynayırsınız. Oktyabrın 31-dək davam edəcək kampaniyanın şərtlərinə görə, azı 20 manatlıq kuponu “yanan” müştəriyə həmin məbləğin 10%-i bonus şəklində geri ödənilir. İndi bizdə qazanmaq daha rahatdır!!!
# 956

Oxşar yazılar