Qeyri-adi vəd
16 oktyabr 2012 10:51 (UTC +04:00)

Qeyri-adi vəd

Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusu Kevin Qrosskroyts və klubun menecerlərindən biri Frits Lünşermann maraqlı açıqlama veriblər. Lent.az-ın məlumatına görə, onlar mövsümü hər hansı titulla başa vuracaqları təqdirdə komandanın stadionundan məşq meydançasınadək yol boyunca hər bir barda içəcəklərini vəd ediblər.

Lünşermann “Bild”ə deyib: “Kevin və mən söz vermişik ki, Almaniya çempionluğu, ölkə kuboku və ya Avropa kuboklarından birini qazansaq, stadiondan məşq meydanınadək gəzəcəyik və bütün barlara ən azı 1 bokal pivə və 100 qram şnaps içmək üçün girəcəyik”.

Qeyd edək ki, “Borussiya”nın stadionundan məşq bazasınadək yolun uzunluğu 11,8 km-dir və yol boyunca ən azı 27 bar mövcuddur.
# 913

Oxşar yazılar