“Real Madrid”in daha bir futbolçusu sıradan çıxdı
15 oktyabr 2012 19:05 (UTC +04:00)

“Real Madrid”in daha bir futbolçusu sıradan çıxdı

Lent.az-ın məlumatına görə, sol cinah müdafiəçisi Braziliya yığmasının məşqində sağ ayağının xaçvari sümüyünü sındırıb.

Oktyabrın 15-də o, daha hərtərəfli müayinədən keçmək üçün klubunun düşərgəsinə qayıdacaq. 24 yaşlı oyunçunun bərpasına 3 ayadək vaxt lazım gələcəyi gözlənilir.

Qeyd edək ki, Braziliya millisi oktyabrın 16-da Polşa ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Matç Vrotslav şəhərində keçiriləcək. Marselo məhz bu görüş öncəsi xəsarət alıb. O, oktyabrın 11-də yığmanın İraq üzərində 6:0 hesablı qələbə qazandığı matçda 90 dəqiqə oynayıb. Əvvəllər “Real Madrid”in daha bir sol cinah müdafiəçisi Fabiu Koentrau sıradan çıxıb. O, Rusiya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçının 20-ci dəqiqəsində meydanı tərk etməli olub.
# 1876

Oxşar yazılar