Əfsanəvi qapıçının köməkçisi öldürülüb
11 oktyabr 2012 18:17 (UTC +04:00)

Əfsanəvi qapıçının köməkçisi öldürülüb

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün Ulyanovsk şəhərində baş verib.

Dövlət Dumasının deputatı olan keçmiş hokkeyçinin köməkçiki Ramiz Sadiyev şəhərdəki “Arena” idman klubundan çıxarkən güllələnib.

Sadiyev Ulyanovskda bizneslə məşğul olurdu. Onun qətlinin səbəbi bilinmir.

Xatırladaq ki, bir qədər əvvəl bu şəhərdə azərbaycanlı iş adamı, yerli diasporanın lideri İslam Hüseynova da sui-qəsd cəhdi olmuşdu.
# 1208

Oxşar yazılar