Məşhur qapıçı 47 yaşında karyerasını başa vurdu
09 oktyabr 2012 18:14 (UTC +04:00)

Məşhur qapıçı 47 yaşında karyerasını başa vurdu

Lent.az-ın məlumatına görə, 47 yaşlı qolkiper yeni komanda tapa bilmədiyi üçün çıxışlarına son qoyub.

O, Milli Hokkey Liqasına (NHL) qayıtmaq istəyib, bu məqsədlə “Vankuver Kenaks” və “Karolina Harrikeyns” klubları ilə danışıqlar aparıb. Lakin razılıq əldə olunmayıb.

Qeyd edək ki, Dominik Qaşek peşəkar karyerasına Çexiya klublarında başlayıb. Lakin o, “Baffalo Seybrs” və “Detroyt Red Uinqs”da məşhurlaşıb. “Baffalo”nun heyətində Qaşek 6 dəfə NHL-in ən yaxşı qapıçısı sayılıb. Qolkiper 2002 və 2008-ci illərdə “Detroyt”la Stenli Kubokunu qazanıb. 2008-ci ildə bu klubdan ayrılan Qaşek növbəti mövsüm Çexiya “Pardubitse”si, 2010-cu ildə Rusiya “Spartak”ı ilə müqavilə bağlayıb. O, Çexiya yığmasının heyətində 1998-ci ildə olimpiya çempionu, 2006-cı ildə isə olimpiya bürüncünün sahibi olub.
# 1677

Oxşar yazılar

Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56