Ruslan Abışov, Flavinyo, yoxsa Bahodir Nasimov?
08 oktyabr 2012 15:22 (UTC +04:00)

Ruslan Abışov, Flavinyo, yoxsa Bahodir Nasimov?

2011-2012-ci il mövsümündə Unibank Premyer Liqasının ayrı-ayrı nominasiyalar üzrə ən yaxşı oyunçuları və ən yaxşı baş məşqçisinin seçimi məqsədilə aparılmış sorğu başa çatıb. Lent.az-ın məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin (İAM) sorğusunda 37 KİV - televiziya, internet saytları və qəzetlərdə çalışan idman jurnalistlərinin rəyi öyrənilib.

Respondentlərdən “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı yarımmüdafiəçi”, “Ən yaxşı hücumçu”, “Ən yaxşı baş məşqçi”, “Ən yaxşı futbolçu” və “Mövsümün tapıntısı” (gənc futbolçu) nominasiyaları üzrə rəy öyrənilib. Sorğuda beynəlxalq futbol qurumları FİFA və UEFA-nın bu sahədəki təcrübəsindən də istifadə olunub. Respondentlərin hər bir nominasiya üzrə 3 nəfəri fərqləndirmək imkanı olub. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal müəyyənləşdirilib.

Sorğunu keçirməyi İAM-a həvalə etmiş Peşəkar Futbol Liqası ilə razılaşmaya əsasən, qaliblərin adları oktyabrın 10-da 2011-2012-ci il mövsümünün ən yaxşılarının mükafatlandırılma mərasimində açıqlanacaq. Bununla belə, ən yaxşı futbolçu nominasiyasında daha çox səs toplamış “3-lük” məlumdur. Bunlar Ruslan Abışov, Flavinyo və Bahodir Nasimovdur. Hər üç futbolçu ötən mövsüm “Neftçi” klubunun heyətində çıxış edib. Flavinyo və Nasimovdan fərqli olaraq, Abışov hazırda karyerasını “Neftçi”də yox, “Xəzər Lənkəran”da davam etdirir. Mərasim zamanı onların hər üçü səhnəyə dəvət olunacaq və ən çox səs toplamış futbolçu rəsmən açıqlanacaq. Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbir saat 18:00-da başlanacaq.

İAM sorğuda iştirak etmiş bütün həmkarlara təşəkkür edir, onlarla əməkdaşlıqdan məmnun olduğunu bildirir.
# 1360

Oxşar yazılar

"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59
Runi  futbol əfsanələri   ilə işləyəcək

Runi futbol əfsanələri ilə işləyəcək

5 may 2024 , 11:56
Futbol oyunu  50:0 hesabı   ilə başa çatdı

Futbol oyunu 50:0 hesabı ilə başa çatdı

5 may 2024 , 09:51