DÇ-2012: Cenifer qol vurmağına peşman oldu
Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilən dünya çempionatında daha bir yarımfinalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Almaniya milli komandasıdır.
Bundestim ¼ finalda Braziliyanı məğlubiyyətə uğradıb – 2:1. Bakıdakı 8-ci km stadionunda baş tutmuş qarşılaşmada hesabı 13-cü dəqiqədə braziliyalı futbolçu Cenifer açıb. Lakin 31-ci dəqiqədə almaniyalı Sara Debrits bərabərlik qolunu vurub. Hamı matçın taleyinin uzatma dəqiqələrinədək uzanacağını düşündüyü bir vaxtda Rebekka Knak səhnəyə çıxıb. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə vurduğu qolla Bundestimə qələbə qazandırıb.
Qeyd edək ki, yarımfinalda Almaniyanın rəqibi KXDR yığması olacaq. Oktyabrın 9-da 8-ci km stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. Digər yarımfinal matçı həmin gün saat 17:00-a təyin olunub. Rəqib qismində isə Fransa ilə bu gün saat 20:00-da başlanacaq Yaponiya – Qana görüşünün qalibi üz-üzə gələcək.

Oxşar yazılar

Qvardiola yalnız bu halda "Mançester Siti"dən gedəcək
21 may 2025 , 12:06
“Real”ın ulduzu “Çelsi”yə keçə bilər
21 may 2025 , 09:37
“Barselona” prezidenti Haalandı transfer şanslarından DANIŞDI
20 may 2025 , 19:20
"Liverpul"un və "Bavariya"nın keçmiş futbolçusu karyerasını bitirir
20 may 2025 , 18:12
Everest qalmaqalı: Zirvəni fəth edən ilk azərbaycanlı qadın kimdir?
20 may 2025 , 16:46
Gələcək sual altındadır: İnzaqi Səudiyyə Ərəbistanına gedə bilər
20 may 2025 , 16:20
Klopp “Roma”nın baş məşqçisi olur? - CAVAB
20 may 2025 , 14:28