Bloxindən “Dinamo”nun baş məşqçi postunda ilk qələbə
29 sentyabr 2012 11:43 (UTC +04:00)

Bloxindən “Dinamo”nun baş məşqçi postunda ilk qələbə

Ukraynanın “Dinamo” futbol komandası yeni baş məşqçi Oleq Bloxinin rəhbərliyi altında ilk matçını qələbə ilə başa vurub. Lent.az-ın məlumatına görə, “Zarya” ilə qarşılaşma Kiyev təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Yeganə topu 81-ci dəqiqədə Raffaele Kaetano vurub. Matçdan sonra Bloxin deyib: “Əsas qəhrəman mən yox, bu komandadır. Xəbərdarlıq etmişdim ki, rəqib yaxşı komandadır. “Zarya” bizə müəyyən çətinliklər yaratdı. Şadam ki, uşaqlar güc sərf edərək qələbəyə nail olmağı bacardılar”.

Qeyd edək ki, Oleq Bloxin “Dinamo” ilə 4 illik müqavilə bağlayıb. O, Yuri Syomini əvəzləyib. Bloxin Ukrayna millisinin baş məşqçi postunu isə oktyabrın 12-də Moldova, oktyabrın 16-da Çernoqoriya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarından sonra tərk edəcək.
# 804

Oxşar yazılar