Mixael Şumaxer yenə gedir
28 sentyabr 2012 15:04 (UTC +04:00)

Mixael Şumaxer yenə gedir

7 qat dünya çempionu Mixael Şumaxer “Formula-1”də karyerasını cari mövsümün sonunda başa vuracaq. Lent.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, “Mercedes AMG” komandasının rəhbərliyi 43 yaşlı veteran pilotu Lüis Hemiltonla əvəzləməyə qərar verib.

“McLaren” pilotu Breklidən olan kollektivə gələn il qoşulacaq və Niko Rosberqin komanda yoldaşı olacaq. Hemiltonla müqaviləyə dair rəsmi açıqlama bu gün veriləcək. Onun sövdələşməsi 3 il müddətinə nəzərdə tutulub. Bu müddətdə 2008-ci ilin dünya çempionu 100 milyon dollar qazanacaq.

“McLaren” rəhbərliyi də hazırkı anlaşmasının sonuna az qalmış Lüisə bu qədər əmək haqqı təklif edib. Lakin britaniyalı getməyi üstün tutub. Onun belə qərar verməsinin əsas səbəbi kimi Hemiltonun Ross Braunla işləmək istəyi və fərdi sponsorlarla işləmək cəhdi göstərilir. “McLaren”lə anlaşmanın sərt şərtləri onun digər şirkətlərlə potensial reklam müqavilələrinə sədd qoyub.
# 1038

Oxşar yazılar