“Danışılmış oyunların qarşısını almaq üçün addımı atmışıq”
Lent.az-ın verdiyi məlumata görə, tədbir zamanı PFL-nin prezijdenti Ramin Musayev və “Azərintelfek” şirkətinin (TOPAZ əmtəə nişanının sahibi) Direktorlar Şurasının sədri Ahmet Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.
Anlaşmaya əsasən sentyabrın 19-dan etibarən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və Azərbaycan Premyer Liqası bundan sonra Topaz Premyer Liqası adlandırılacaq.
Musayev imzalanan müqavilənin Azərbaycan futboluna böyük dəstək olacağını vurğulayıb: “PFL Azərbaycanda futbolun inkişafı naminə çalışan bir qurumdur. Bu baxımdan, “Topaz”ın bizə dəstək olması futbolumuzun daha da inkişaf edərək, böyük uğurlar əldə etməsinə yardımçı olacaq. Müqavilənin imzalanmasının gecikməsinə PFL və “Topaz” arasında aparılmış geniş müzakirələr səbəb oldu. “Topaz” reklam olunmaqdan da önəmlisi futbolun inkişafına çalışmalıdır”.
Sezer isə bu anlaşmanın imzalanmasına böyük önəmini diqqətə çatdırıb: “Mən inanıram ki, “Topaz”ın bu dəstəyi Azərbaycanda futbolun yayılmasına, nəticə olaraq, yerli klubların daha da inkişafına və azarkeş sayının artımına yol açacaq. Məqsədimiz ölkə idmanının inkişafına dəstək vermək və Azərbaycanda sağlam idman iqtisadiyyatı yaratmaqdır. Növbəti 3 il ərzində təkcə maddi deyil, mənəvi və müxtəlif layihələrlə sponsor dəstəyi verəcəyik”.
“Azəridmanservis” Dövlət Müəssisəsinin direktoru Azər Məhərrəmov Gənclər və İdman Nazirliyi adından PFL və “Topaz”ı, eləcə də bütün futbolsevərləri təbrik edib. O, belə bir müqavilənin imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirərək, qeyd edib ki, “Topaz” 1 ildən çoxdur ölkəmizin idman həyatında böyük rol oynayır.
Tədbirə qatılan AFFA-nın baş katibi isə həm PFL, həm də “Topaz” üçün bayram olduğunu söyləyib. Onun fikrincə, imzalanmış müqavilə Premyer Liqaya marağın artmasının göstəricisidir.
Lent.az-ın “Azərbaycan Premyer Liqasına sponsorluqdan sonra “Topaz” danışılmış oyunların qarşısını hansı mexanizmlərlə alacaq?” sualına Sezer belə cavab verib: “Premyer Liqanın təhlükəsizliyini artırmaq məqsədilə “Topaz”, AFFA, Gənclər və İdman Nazirliyi arasında müqavilə imzalanıb. Bu addımı danışılmış oyunların qarşısını almaq üçün atmışıq. Qərara almışıq ki, Azərbaycan Premyer Liqasının oyunlarından ən azı 3-ünə pul qoyuluşu qəbul edək. Yəni, 1 oyuna təkli uduşa icazə verməyəcəyik”. Musayev isə əminliklə bildirib ki, indiyədək Premyer Liqada danışılmış oyun olmayıb və bundan sonra da olmayacaq.
Müqavilə qarşılığında PFL-ə ödəniləcək məbləğin həcmi isə açıqlanmayıb. PFL prezidenti bunu indiyədək heç bir anlaşmanın maddi tərəfləri barədə məlumatların verilməməsi ilə əlaqələndirib: “Amma ödəniləcək məbləğ nə az, nə də çoxdur”.
Sezer isə PFL-ə ödəniləcək pulun reklam büdcəsindən ayrı olacağını söyləyib. O, mətbuatla bağlı müxtəlif layihələrinin olacağını da qeyd edib. “Azinteltek”in rəhbəri “Topaz Premyer Liqasının hər turundan ən azı 3 görüşün canlı yayımlanacağını da açıqlayıb.
Qeyd edək ki, mərasimə məşhur fransalı futbolçular Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar, Fransanın "Lans" klubunun prezidenti Lyuk Dayan və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerlan Martin də qatılıb.
Elşən MƏMMƏDOV

913