Çempionlar Liqası: “Qalatasaray”ın 5 illik həsrəti bitir
Lent.az-ın məlumatına görə, Türkiyə çempionu “Qalatasaray” 5 ildən sonra Avropanın ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.
“Sarı-qırmızılar” İngiltərədə “Mançester Yunayted”in qonağı olacaqlar. “Old Trafford” stadionunda baş tutacaq görüşü almaniyalı referi Volfqanq Ştart idarə edəcək.
Matç öncəsi “Cim Bom”un baş məşqçisi Fatih Terim iddialı açıqlamalar verib: “Çempionlar Liqasında Türkiyəni təmsil edən yeganə komanda bizik. Ona görə də bütün gözlər bizdə olacaq. “Mançester Yunayted” dünyanın hər yerində sevilən və sayılan komandadır. “Old Trafford”da oynamaq da asan deyil. Oyunçularıma deyirəm: Türkiyədə sərgilədiyimiz oyun burada yetərli deyil. Ondan üstün oynamalıyıq. Çox çətin matç olacaq, amma meydanda əlimizdən gələni edəcəyik. Uduzmaq çox asandır, udmaq isə olay sayılacaq. Ümidvaram ki, oyunçularım ikincini seçəcəklər. Vaxtilə bu arenada “Qalatasaray” 3:3 hesablı heç-heçəyə nail olduqdan sonra İstanbulda qolsuz heç-heçə sayəsində Çempionlar Liqasında mərhələ adlayıb. “Fənərbağça” və “Beşiktaş” isə burada keçirdiyi oyunlardan qalib ayrılıb. Açığı, əzəli rəqiblərimizin etdiyini təkrarlamaq istəyirik”.
Günün oyunları:
E qrupu
“Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya)
Baş hakim: Pedru Proensa (Portuqaliya)
“Şaxtyor” (Ukrayna) – “Nordşelland” (Danimarka)
Baş hakim: Pavel Gil (Polşa)
F qrupu
“Bavariya” (Almaniya) – “Valensiya” (İspaniya)
Baş hakim: Fırat Aydınus (Türkiyə)
“Lill” (Fransa) – BATE (Belarus)
Baş hakim: Martsin Borski (Polşa)
G qrupu
“Barselona” (İspaniya) – “Spartak” (Rusiya)
Baş hakim: Milorad Majiç (Serbiya)
“Seltik” (Şotlandiya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
H qrupu
“Mançester Yunayted” – “Qalatasaray”
Baş hakim: Volfqanq Ştark (Almaniya)
“Braqa” (Portuqaliya) – ÇFR (Rumıniya)
Baş hakim: Peter Rasmussen (Danimarka)
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Oxşar yazılar

Mauro İkardinin təəccüblü göyərçin hekayəsi
6 avqust 2025 , 11:18
FHN-in əməkdaşları qol güləşi üzrə Dünya çempionatına vəsiqə qazanıblar
6 avqust 2025 , 10:45
Azərbaycanda federasiya prezidenti qəfil dünyasını dəyişdi
6 avqust 2025 , 10:16
Sara Salamo - İskonun həyat yoldaşı: Çiçaritoya niyə hücum etmişdi? - FOTOLENT
6 avqust 2025 , 09:23
“Qarabağ”dan səfər qələbəsi
6 avqust 2025 , 00:09
"Barselona” 14 milyon cərimələnə bilər - buna səbəb ter Stegendir
5 avqust 2025 , 19:20
Reşford Barselonaya nişanlısı ilə gəldi: iki ildən sonra yenidən bir yerdədirlər
5 avqust 2025 , 18:04