Kriştianu Ronaldu: “Azərbaycan yığması çox dirəndi” - FOTO
Lent.az-ın məlumatına görə, 27 yaşlı hücumçu öz “Facebook” səhifəsində 3:0 hesabı ilə qalib gəldikləri görüşdə daha çox qol şansını boşa verdiklərini söyləyib.
Ronaldu deyib: “Lüksemburq və Azərbaycanla oyunlardan 6 xal qazandıq və üzərimizə düşəni yerinə yetirdik. Azərbaycanla matçda daha çox qol vura bilərdik. Lakin rəqib çox dirənirdi idi. Hər iki oyunun nəticəsi bizim üçün yaxşıdır. Artıq klubumun düşərgəsindəyəm və “Real Madrid”i düşünürəm”.
Ulduz futbolçunun bu yaxınlarda verdiyi açıqlama isə bomba effekti verib. O, “Real Madrid”də xoşbəxt olmadığını və klub rəsmilərinin də bunu bildiklərini söyləyib. Bundan sonra Ronaldunun adı ətrafında müxtəlif söz-söhbətlər yaranmağa başlayıb. Portuqaliyalı hücumçu isə başqa komandaya keçəcəyinə dair xəbərləri təkzib edib: “Bunu açıq-aşkar deyə bilərəm ki, müqavilə məsələsində problemim yoxdur. Yeganə düşüncəm və diqqətim “Real Madrid”dədir. Komanda yoldaşlarım və azarkeşlərin yardımı ilə bütün matçları və bütün kubokları qazanmaq niyyətindəyəm”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçında Kriştianu Ronaldu qol vura bilməsə də, İspaniya çempionatının ilk 3 turunda 2 dəfə fərqlənib.

Oxşar yazılar

İman Xelif şayiələrə görə OD PÜSKÜRDÜ
21 avqust 2025 , 19:47
Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq
21 avqust 2025 , 17:23
"Barselona" bu futbolçuya 9 milyon avro maaş verəcək
21 avqust 2025 , 15:41
Klub onu satmaqdan imtina etdi: futbolçu analıq məzuniyyətinə çıxmaq niyyətindədir
21 avqust 2025 , 11:37
Soyunub-geyinmə otağındakı davadan sonra transfer siyahısına qoyuldular
21 avqust 2025 , 09:32
Qalmaqallı boksçu çıxışını dayandırdı
21 avqust 2025 , 06:52
Qadın güləşçimiz dünya çempionatının finalında
21 avqust 2025 , 05:22