Gürcüstandan Rusiyaya “yardım”
13 sentyabr 2012 13:36 (UTC +04:00)

Gürcüstandan Rusiyaya “yardım”

İspaniya milli komandasının və “Barselona” klubunun futbolçusu Andres İnyesta 15 günədək sıradan çıxıb. Lent.az-ın məlumatına görə, Avropanın ən yaxşı oyunçusu yığmanın Gürcüstanla sentyabrın 11-də keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup matçında zədələnib.

Komandasının 1:0 hesablı qələbə qazandığı görüşdə İnyesta 90 dəqiqə meydanda olub. Lakin o, epizodların birində sağ ayağından xəsarət alıb. 2 həftədən çox müddətə sıradan çıxdığı üçün 28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının ilk turunda Rusiya “Spartak”ına qarşı forma geyinə bilməyəcək. Sentyabrın 19-da “Nou Kamp”da baş tutacaq matçdan əlavə, İnyesta “Xetafe” (15 sentyabr) və “Qranada” (23 sentyabr) ilə İspaniya çempionatı qarşılaşmalarını da buraxacaq.

Qeyd edək ki, “Barsa”nın yeni transferi Xordi Alba da yığmanın düşərgəsindən zədəli qayıdıb. 23 yaşlı müdafiəçi “Xetafe” ilə oyunu buraxacaq.
# 1886

Oxşar yazılar