(R) Sibirdə başlayıb, Braziliyada bitəcək
10 sentyabr 2012 15:32 (UTC +04:00)

(R) Sibirdə başlayıb, Braziliyada bitəcək

www.etopaz.az-ın bugünkü proqramı coğrafi baxımdan rəngarəngliyi ilə diqqət çəkir. Təqdim olunan 36 qarşılaşma arasında Rusiyanın ucqarında - Sibirdə keçiriləcək "Tom" - "Yenisey" matçına da rast gəlmək olar, okeanın o tayında oynanılacaq Braziliya - Çin yoldaşlıq görüşünə də.

www.etopaz.az-ın saat 17-də "Tom" - "Yenisey" qarşılaşması ilə start götürəcək bugünkü proqramı səhər saat 6-da Braziliya-Çin oyunu ilə yekunlaşacaq. Günün əsas oyunları isə 21 yaşlı futbolçular arasında Avropa çempionatının seçmə görüşləridir. Seçmə mərhələnin son turu olduğundan, bəzi qarşılaşmalar "ölüm-dirim" xarakteri daşıyır. Məsələn, Azərbaycan yığmasının da yer aldığı 8-ci qrupda baş tutacaq İngiltərə - Norveç matçı lideri müəyyənləşdirəcək. www.etopaz.az ingilis gənclərinin qələbəsinə çox inandığından, britaniyalıların qələbə əmsalı o qədər də yüksək deyil - 1.25. Əvəzində Norveç bu görüşdə heç-heçə edərsə (əmsalı 4.50) və ya qalib gələrsə (əmsalı 7.50), proqnoz həvəskarlarına xeyli pul qazandıracaq. 2-ci qrupda keçiriləcək İsveç - Ukrayna matçı da bir çox suallara aydınlıq gətirəcək. İsveç öz meydanında qalib gələrsə (əmsalı 1.85), oyunlarını artıq başa vurmuş Sloveniyanı da ötərək qrup lideri olacaq. Əksinə, Ukrayna səfərdə qələbə qazanarsa (əmsalı 3.30), onda İsveç gəncləri hətta 2-ci yeri də əldən verərək Avropa çempionatına getmək şansını itirəcək.

Qeyd edək ki, bu dueldə isveçlilərə heç-heçə də (əmsalı 3.30) sərf edir. Bu oyunlardan başqa Latviya - Rumıniya, Slovakiya - Qazaxıstan, Polşa - Portuqaliya, Serbiya - Makedoniya və Danimarka - Şimali İrlandiya görüşləri də turnir cədvəli baxımından mühüm əhəmiyyət daşıyır. Adətən həlledici oyunlar güzəştsiz mübarizə şəraitində keçdiyindən, proqnoz həvəskarları bu tip matçları daha çox sevir. Çünki belə oyunlarda qazanmaq ehtimalı böyükdür. Yəqin ki, www.etopaz.az müştəriləri bugünkü şansdan maksimum faydalanacaq.
# 886

Oxşar yazılar