
“Real” “Barselona”nı məğlub edib, kubok qazandı - FOTO
Avqustun 30-na keçən gecə İspaniya superkubokunun yeni sahibi məlum olub. Lent.az-ın məlumatına görə, Madrid “Real”ı əzəli rəqibi olan “Barselona”nı məğlub edərək 9-cu dəfə kuboka sahib olub. İlk oyunda səfərdə 2:3 hesabı ilə məğlub olan Joze Mourinyonun komandası cavab görüşünə sürətli başlayıb. İlk hissədə əvvəlcə İquayin, sonra isə Kriştiano Ronaldo qol vurub. Adrianonun qırmızı vərəqə alması ilə azlıqda qalan “Barselona” hesab arasındakı fərqi azaldıb. Bu dəfə də qolu vuran futbolçu Messi olub. Oyun elə 2:1 hesabı ilə başa çatıb. Səfər oyununda daha çox qol vuran kral klubu ümumi hesab 4:4 olsa da, kuboku qazanıb.
Oxşar yazılar

İdeal transfer: "Vulverhempton" Qurd soyadlı, canavar döyməsi ilə müdafiəçi aldı
8 avqust 2025 , 19:26
"Çelsi" "Mançester Yunayted"in oyunçusunun transferinə yaxınlaşıb
8 avqust 2025 , 16:15
"Qalatasaray"ın Mauro İkardi ilə bağlı qərarı
8 avqust 2025 , 12:39
Futbolda ən uzunmüddətli müqavilələr. Niko Uilyams rekordçudur
8 avqust 2025 , 10:41
Lais Moraes Edersonun həyat yoldaşıdır: Onlar harada tanış olublar? - FOTOLENT
8 avqust 2025 , 09:33
"Araz” evdə böyük hesabla məğlub oldu
7 avqust 2025 , 21:55
"Tottenhem"in ulduzu MLS tarixində ən bahalı transfer oldu
7 avqust 2025 , 18:56