“Qəbələ”nin məşqçisi 20 qaban və 5 topa futbolçu alıb
22 avqust 2012 12:46 (UTC +04:00)

“Qəbələ”nin məşqçisi 20 qaban və 5 topa futbolçu alıb

Türkiyənin “Qalatasaray” klubunun istedadlı futbolçusu Əmrə Çolakın 8 il öncə 20 qaban və 5 topa alındığı üzə çıxıb. Lent.az-ın məlumatına görə, bu barədə hazırda “Qəbələ” klubunda Gənclər Futbolunun İnkişaf Proqramı Rəhbərinin köməkçisi vəzifəsində çalışan Recep Yazıcı “Milliyet”ə açıqlama verib.

Yazıcı 2004-cü ildə “Qalatasaray”da aşağı yaş qrupları üzrə komandada çalışarkən, həmin vaxt 13 yaşında olan Çolakı “Atışalanıspor”dan aldığını bildirib: “Bu komanda ilə yoldaşlıq görüşümüz var idi. Həmin oyunda Əmrə özünü müsbət tərəfdən göstərməyi bacardı. Rəqib komandanın məşqçisi dostum idi. Lakin “Atışalanıspor” həvəskar komanda olduğundan, ona transfer qiyməti qoyulmamışdı. Bununla belə, 20 qaban, 5 top verdik. Sonra da lisenziyasını aldıq”.

“Qalatasaray”dakı komanda yoldaşı Tomaş Uyfaluyşinin “Türk Messi” ləqəbi verdiyi Əmrə Çolak əsas heyətdə ötən mövsümdən möhkəmlənməyə başlayıb. Baş məşqçi Fatih Terimin şans verdiyi 21 yaşlı yarımmüdafiəçi Superliqada “Kasımpaşa” ilə yeni mövsümün açılış matçında komandasının hər iki qolunun ötürməsini verib. Nəticədə “Qalatasaray” qələbə qazanıb – 2:1.

Qeyd edək ki, anası Nurgül Çolak Əmrənin bütün oyunlarını stadiondan izləyir. Futbolçunun atası elektrik ustasıdır.
# 1520

Oxşar yazılar