Zibil daşıyan maşın "Range Rover"lə toqquşub aşdı:  fəhlə öldü - FOTO
31 iyul 2023 17:27 (UTC +04:00)

Zibil daşıyan maşın "Range Rover"lə toqquşub aşdı: fəhlə öldü - FOTO

Xəbərə fotolar əlavə edilib

***

saat 16:27

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Zibil daşıyan avtomobil "Range Rover"lə toqquşub və sonra idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı maşında olan fəhlə, 1983-cü il təvəllüdlü Elman Bəybala oğlu Həzrətquliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5944

Oxşar yazılar